“Düzgün taktika seçmişdik” – Noyer

“Bayern”in qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 8-ci tur matçında “Bayer” üzərində qazanılan qələbəni (4:0) şərh edib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, oynadıqları taktikanın düzgün olduğunu deyib:

“Oynadığımız taktika düzgün idi. Biz Pilzendə (“Viktoriya” ilə Çempionlar Liqasındakı matçı nəzərdə tutur) də belə oynamaq istəyirik. Dortmunda yaxşı əhval-ruhiyyədə gedib, qələbə qazanmağa çalışacağıq. Bu gün hökmranlığımızı nəzərə alaraq, özümü yaxşı hiss edirəm”.

Yulian Naqelsmannın komandası Bundesliqada qələbə qazanıla bilməyən 4 oyunluq seriyanı qıraraq, 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button