“Düşünürəm ki, indi “Barselona”ya getdiyi üçün peşmandır”

“Liverpul” klubunun prezidenti Tom Verner, 2018-ci ildə “Barselona”ya transfer olunan Filippe Koutinyo haqda danışıb.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən Verner, Koutinyo haqda bunları deyib:

“Koutinyo haqda ancaq yaxşı şeylər deyə bilərəm. İspaniyanın ən böyük iki klubundan birində – “Barselona”da oynamaq istədi və bizdən ayrıldı. Onu bizimlə gələcəkdə çoxlu uğur qazanacağına inandırmaq istədik. “Barselona”dan ona dedilər ki, bizimlə Çempionlar Liqasında daha çox uğur əldə edə bilərsən. Düşünürəm ki, indi “Barselona”ya getdiyi üçün peşmandır”.

Koutinyo 2018-ci ilin yanvarında 145 milyon avro qarşılığında “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button