Dünya kubokunda iştirak edəcək Azərbaycan gimnastları məlum olub

Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə dünya kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri məlum olub.

Komanda.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.

Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.

Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.

Dünya kuboku mayın 25-26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button