“Gözlərimdə yaş var, özümü sarsılmış hiss edirəm” – İtaliyalı futbolçu

İtaliya millisinin yarımmüdafiəçisi Manuel Lokatelli komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsiylə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu bunu söyləyib:

“Gözlərimdə yaş var, özümü tamamilə sarsılmış hiss edirəm. Komanda hər şeyi etdi, uşaqlarla fəxr edirəm. Dünya çempionatına vəsiqə qazanmaq istəyirdik, amma alınmadı. Bu, əsl uğursuzluqdur. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

İtaliyalılar dünya çempionatının final pley-off matçında Bosniya və Herseqovina yığmasına məğlub olub (1:1, penaltilərdə 1:4). Komanda ardıcıl üçüncü dünya çempionatını buraxacaq. Mundial 11 iyun-19 iyul tarixlərində Şimali Amerikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button