Millinin lideri bu 2 futbolçu olmalıdır – Deşamdan açıqlama

Fransa yığmasının baş məşqçisi Didye Deşam millinin hücumçuları Kilian Mbappe və Kərim Benzema haqda fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis hər iki futbolçunu lider adlandırıb:

“Onların möhtəşəm futbol bacarığı var. Məhz onlar milli komandaya liderlik etməlidir. Bununla belə, Benzema və Mbappe yaxşı bilir ki, ən yüksək dəyər komanda oyunudur”.

Son dünya çempionu Fransa DÇ-2022-nin D qrupunda Tunis, Danimarka və Avstraliya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button