ÇL: “Məyus olduq”

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays komandasının Çempionlar Liqasını tərk etməsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu ağrıdığını və məyus olduğunu bildirib:

“Bu, dünyanın ən böyük klublarından biri olan “Arsenal” klubudur. Mən ağrıyıram. Məyus olduq, amma gənc komandamız var. Biz möhkəm dayanmalıyıq, qarşıda “Vulverhempton”la matç var. Bu oyuna hazırlaşmalıyıq”.

“Bayern” – “Arsenal” matçı aprelin 17-də baş tutub. Komandalar Münhendəki “Alyanz Arena”da qarşılaşıblar. Görüşdə meydan sahibləri 1:0 (ümumi – 3:2) hesabı ilə qalib gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button