DÇ-2026: CAR tarixində ilk dəfə pley-offa yüksəldi

Futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya millisi ilə üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Monterrey stadionunda keçirilən A qrupunun 3-3-cü tur matçında Afrika təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb.

63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.

Bu qalibiyyət sayəsində CAR xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vuran Kanada yığması olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button