Davud İbrahimov Avropa üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Təmsilçilərimizdən yalnız Davud İbrahimov ümidləri doğruldaraq bürünc medalı boynundan asıb. Beləliklə, Novi Sadda ilk medalımız İbrahimovdan gəlib.

57 kq
Təsəlliverici görüş – İslam Bazarqanov – Razvan Marian Kovats (ROU) 3:4
Təsnifat – İslam Bazarqanov – Andrey Yatsenko (UKR) 2:12

65 kq
1/8 final – Turan Bayramov – Sain Kazirik (RUS) 7:8

70 kq
Bürünc medal görüşü – Davud İbrahimov – Vasile Diakon (MDA) 6:5
Təsəlliverici görüş – Davud İbrahimov – Aleksey Boruta (UKR) 9:7
Təsnifat – Davud İbrahimov – Razambek Camalov (RUS) 1:11

79 kq
1/4 final – Rəşad Yusifli – Tariel Qaprindaşvili (GEO) 7:9
Təsnifat – Rəşad Yusifli – Mattias Şmidt (GER) 8:1

97 kq
1/4 final – Əliməhəmməd Alixmayev – Givi Matçaraşvili (GEO) 0:11

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button