
İsveçrə Bosniya və Herseqovina üzərində darmadağına sevindi
Futbol üzrə dünya çempionatında İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən B qrupunun 2-ci turunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar.
İsveçrənin heyətində Joan Manzanbi (74, 90) dubl edib. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmic (90+3) vurub.
Bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



