Leaodan “Milan”dakı gələcəyi haqda açıqlama

Portuqaliya millisinin və “Milan”ın hücumçusu Rafael Leao, komandanın yeni baş məşqçisi Ruben Amorimin təyinatından sonra gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu suala dəqiq cavab verməyib:

“Amorimə görə “Milan”da qalacam? Hazırda yalnız dünya çempionatı və milli komandama necə kömək edəcəyim barədə düşünürəm. Mundial bitəndə gələcəyi düşünəcəm”.

“Milan” portuqaliyalı mütəxəssisin baş məşqçi postuna gətirildiyini rəsmən açıqlayıb. Amorim klubla müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Portuqaliya millisi 2026-cı il dünya çempionatına Konqo yığması ilə 1:1 hesablı heç-heçə ilə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button