
DÇ-2026: Kanada Qətəri darmadağın etdi
Dünya çempionatında Kanada millisi Qətər yığmasını böyük hesabla məğlub edib.
Komanda.az xəbər verir ki, “BC Place” stadionunda keçirilən B qrupunun 2-ci turunun matçında Şimali Amerika təmsilçisi 6:0 hesablı qələbəyə sevinib.
Kanadanın heyətində Conatan Devid (29, 45+4, 90+2) het-trik edib. Kayl Larin (16), Neytan Saliba (66) və Manay Mohamed (75-avtoqol) digər qolları vurublar.
Bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



