Volkovun “Sabah”a keçidinin detalları Komanda.az-da

“Sabah” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu gürcü futbolçu Davit Volkovu heyətinə qatıb.

Gürcüstan millisinin üzvü “Zirə”ni bu kluba dəyişməyə qərar verib. “Sabah”ın bu transferi tezliklə açıqlaması gözlənilir. Futbolçu ilə iki illik müqavilə bağlanıb.

“Sabah” bu transferə görə təxminən 180 min dollara yaxın xərcə düşüb. Volkova Azərbaycandan kənardan da təkliflər olub. Amma o, “Sabah”a keçməyə üstünlük verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button