“Dandalk” – “Qarabağ” matçı canlı yayımda

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Dandalk” (İrlandiya) – “Qarabağ” matçını yayımlayacaq telekanal məlum olub.

Komanda.az xəbər verir ki, Dublindəki “Oriel Park” stadionunda keçiriləcək qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bu barədə telekanalın rəsmi “facebook” səhifəsi məlumat yayıb.

“Dandalk” – “Qarabağ” matçı sabah, saat 22:45-də keçiriləcək.