Daha 3 komanda texniki məğlubiyyət aldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-14 Liqasında keçirilməli olan “Kəpəz” PFK – “Qoşqar” FK oyunu “Qoşqar” FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Qoşqar” FK komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilən “Arzu” (Gəncə) – “Gəncəvi” (Gəncə) oyununda “Arzu” (Gəncə) komandasının heyətində lisenziyasız oyunçu aşkarlandığına görə “Arzu” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “Pambıqçı” – “Ağdam” FK oyununda “Pambıqçı” komandasının heyətində yetərsay olmadığına görə matç baş tutmadığı üçün “Pambıqçı” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button