Daha 3 çəki dərəcəsində qaliblər müəyyənləşdi

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış günü davam edir.

Komanda.az xəbər verir ki, körpücük üzərinə 89, 96 və 102 kq çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar. Tribunada yer alan tamaşaçılar maraqlı yarış izləyiblər.

89 kq çəki dərəcəsində toplam 276 kq (125+151) nəticə göstərən Ceyhun Tağızadə, 96 kq çəki dərəcəsində toplam 332 kq (148+184) nəticə ilə Nailxan Nəbiyev, 102 kq çəki dərəcəsində isə toplam 323 kq (148+175) nəticə ilə Əliş Nəzərov qalib adını qazanıb.