Cüdo üzrə Liqa yarışının ilk turu keçiriləcək

Martın 6-da cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçiriləcək.

Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 51 klub və idman cəmiyyətini təmsil edən 301 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button