“Çox şadam ki, onu qayıtmağa inandırdım” – Millinin baş məşqçisi

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsmann yarımmüdafiəçi Toni Kroosun milliyə qayıtmasına münasibət bildirib. O, futbolçunun komanda üçün vacib olduğunu qeyd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, “Real”ın futbolçusunun müdafiə və hücum arasında parlaq bir əlaqə ola biləcəyini söyləyib:

“Kroos zəif tərəflərini bilir. Çox yaxşı instinkt və sakitlik səviyyəsinə malikdir. Toni müdafiə və hücum arasında parlaq bir əlaqə ola bilər. Çox şadam ki, çoxlu söhbətlərdən sonra onu qayıtmağa inandırdım”.

34 yaşlı futbolçu 2020-ci il Avropa çempionatından sonra milli karyerasını başa vursa da, bu ilin fevralında onu bərpa etmək qərarına gəlib. O, ümumilikdə Almaniya millisində 106 oyun keçirib və 17 qol vurub. Kroos 2021-ci ildən sonra ilk dəfə yığmaya dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button