UEFA-dan ÇL oyunlarında mümkün terror təhlükəsi ilə bağlı açıqlama

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının 1/4 finalında mümkün terror təhlükəsi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 9-da “İslam Dövləti” terror qruplaşması ilk 1/4 final oyunlarının keçiriləcəyi stadionlarda terror aktları törətməklə hədələyib.

“UEFA Çempionlar Liqasının bu həftəki oyunları ilə bağlı şübhəli terror təhlükələrindən xəbərdardır və müvafiq yerlərdəki səlahiyyətlilərlə sıx əlaqə saxlayır. Bütün oyunların təqvimə uyğun və müvafiq təhlükəsizlik tədbirlərinə riayət etməklə keçirilməsi planlaşdırılır” – UEFA-nın mətbuat xidmətindən bildirilib.

Bu gün Çempionlar Liqasının 1/4 finalında ilk oyunlar çərçivəsində “Real” – “Mançester Siti” və “Arsenal” – “Bayern” matçları keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button