ÇL: “Real” səfərə ukraynalı qapıçı olmadan çıxdı

“Real”ın qapıçısı Andrey Lunin şənbə günü Londonda, “Uembli” stadionunda keçiriləcək Çempionlar Liqasının final oyunu üçün komandası ilə birlikdə uçmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı ukraynalı qolkiper soyuqdəymə keçirib. Onun komanda ilə birlikdə uçmamasına baxmayaraq, şənbə günü “kral klubu”una qoşulacağı gözlənilir. Bununla belə, böyük ehtimalla, final matçında əsas qapıçı Tibo Kurtua yenə də “Real”ın “çərçivə”sini qoruyacaq.

“Real”ın “Çelsi”dən icarəyə götürdüyü Kepa Arrisabalaqanı əsas heyətdən çıxaran Lunin noyabr ayından “kral klubu”nun əsas qapıçısına çevrilmişdi. Kurtua bu müddətdə zədəli olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button