
ÇL: “Komandamız xarakter nümayiş etdirdi”
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda “Mançester Siti” üzərində qələbəni şərh edib.
Komanda.az Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeşli futbolçu komandalarının xarakter nümayiş etdirdiyini bildirib:
“Komandamız xarakter nümayiş etdirdi. Hesab 0:2 olandan sonra belə rəqibə qalib gəlmək çox çətindir. Sözlə ifadə edilə bilməyən inanılmaz hisslər keçirirəm. Azarkeşlər bizə çox kömək etdilər. Onların dəstəyi inanılmaz idi”.
Matçda 0:2 geridə qalan parislilər 4:2 hesabı ilə qalib gəlib.
Çempionlar Liqasının ümumi mərhələsinin son matçı öncəsi Paris komandası 10 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin