ÇL: “Cavab matçında əlimizdən gələni edəcəyik”

PSJ-nin müdafiəçisi Nuno Mendeş Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına səfərdə məğlubiyyətdən (1:0) danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu matçın çətin keçəcəyini bildiklərini söyləyib:

“Çətin matç olacağını bilirdik. “Borussiya” öz meydanında azarkeşlərin böyük dəstəyi ilə oynadı. PSJ qalib gəlməyə çalışdı, amma alınmadı. Cavab matçında əlimizdən gələni edəcəyik”.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Parisdə keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button