ÇL: “Bilirik ki, əziyyət çəkib mübarizə aparmalı olacağıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasını Çempionlar Liqasının finalının favoriti hesab edib-etmədiyini deyib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib:

“Biz favoritik? Bu barədə düşünmürük. “Borussiya” keyfiyyət nümayiş etdirdi və finala layiq idi. Bilirik ki, əziyyət çəkib mübarizə aparmalı olacağıq”.

İyunun 1-də “Real” “Borussiya” (Dortmund) ilə Londondakı “Uembli” stadionunda qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button