Dünya çempionatı: Azərbaycan millisi 1/8 finalda

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan milli 4:3 hesablı qələbə qazanıb. Avtoqolun qeydə alındığı oyunda Azərbaycan yığmasının digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Növbəti mərhələyə vəsiqə qazanan milli seçmə mərhələnin 1/8 finalında, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.

A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.