“Çılğın oyun idi” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasında “Leççe” üzərində əzmkar qələbədən (2:1) danışıb.

Komanda.az “Canluka Di Marzio”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın çılğın keçdiyini bildirib:

“Əlavə vaxtda bu qədər qol vurmağın səbəbi? İnanıram ki, bu ürək və mentalitetdir. Bilmirəm, 6 və ya 7 komandada işləmişəm, amma final fitinə bir neçə dəqiqə qalmış evdə uduzduğun oyunda azarkeşlərin səni irəli səsləməsini xatırlamıram. Yaxşı ki, qol vuracaq birimiz var. Təbii ki, daha çox qol buraxa bilərdik, rəqibin də şansları var idi. Çılğın oyun idi”.

Roma təmsilçisi 11 oyundan sonra turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button