Çempionların duelini “Araz”, mərkəzi oyunu “Neftçi” qazandı

Futzal üzrə Yüksək Liqada yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, bu gün 1-ci turun oyunları keçirilib.

Bakı İdman Sarayında 5 qarşılaşma baş tutub. İlk oyunda debütant “Premier”lə EKOL komandaları qarşılaşıb. Mövsümdə ilk qolu Quba futzalçıları aktivlərinə yazıblar. Elə ilk “sarı” da debütantın üzvünə göstərilib. Cütün qalibi isə EKOL olub.

Çempionların duelini “Araz”, mərkəzi matçı isə “Neftçi” qazanıb.

Yüksək Liqa, 1-ci tur

11 sentyabr

Premier (Quba) – EKOL – 3:7
Qol
: Vüqar Asalıyev, 02:42; Firudin Ağalarov, 28:28, 29:38 – Radik Əhmədov, 09:14; Əsgər Abasov, 11:06, 36:51; Talebmohammad Arabpour, 13:41; Namiq Məmmədkərimov, 26:57; Fərid Atakişiyev, 27:45; Mehdi Pənahande, 31:14
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Elman Musayev

Araz – Baku Fire – 4:1
Qol
: Ramiz Çovdarov, 11:11; Xətai Bağırov, 29:08; Borges Souza Murilo, 36:31, 36:48 – İbrahim Zeynalov, 30:28
Hakimlər: Mehman Mahmudov, Ramiz Məhərrəmov, Fuad Həsənov

Bakı TFK – Yasamal İSK – 4:3
Qol
: Elvin Adışirinli, 16:24; Vüsal Buludlu, 27:36; Məhəmməd Bədəlbəyli, 32:57; Orxan Səfiyaroğlu, 36:10 – Vüsal Səfərov, 17:48; Zaur Fərziyev, 23:40 (ö/q); Elgün Abbaslı, 32:00
Hakimlər: Əli Cəbrayılov, Elmir Quluzadə, Vüsal Balaşov

Marafon FK – Neftçi İK – 2:3
Qol
: Omid Talebi, 8. Vitali Borisov, 27 – Emil Həsənzdə, 3. Kənan Manafov, 8. Əjdər Əjdərov, 37.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Elvin Ağayev

Xızı Futzal – Record club 3:0
Qol
: M. Xəlilov, 04:46, B. Əliyev, 28:05, 30:12
Hakimlər: Azər Əsgərov, Rahin Heybətov, İsgəndər Əliyev