Çempionlar Liqasının final matçının yeni stadionu bilindi

Çempionlar Liqasının bu mövsümkü final matçı İngiltərədə keçiriləcək.

Komanda.az xəbər verir ki, turnirin həlledici oyununa ev sahibliyi İstanbuldan (Türkiyə) alınaraq, Londonda veriləcək. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, finalın “Uembli” stadionunda keçiriləcəyi bildirilir.

İngiltərə Futbol Federasiyası Türkiyədə koronavirusa yoluxma hallarının çox olması səbəbindən qarşılaşmanın öz ölkələrində keçirilməsi üçün müraciət etmişdi.

İngiltərənin “Mançester Siti” ilə “Çelsi” komandaları arasında oynanılacaq Çempionlar Liqasının final matçı mayın 29-da keçiriləcək.