Çempionlar Liqası: “Latsio” – “Bavariya” matçı keçirilməyə bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” (İtaliya) – “Bavariya” (Almaniya) maçı keçirilməyə bilər.

Komanda.az xəbər verir ki, buna səbəb “Bavariya”da koronavirusa yoluxma hallarının çoxalmasıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Münhen təmsilçisinin komandada koronavirusa yoluxma sayının artmasına görə karantinə gedə biləcəyi bildirilib.

“Bavariya”da artıq dörd futbolçu koronavirusa yoluxub. Münhen klubunda son olaraq Benjamin Pavarda koronavirus aşkarlanıb.

“Latsio” – “Bavariya” matçı fevralın 23-də keçirilməlidir.