Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

“Atletiko”nun futbolçusu Aleksandr Sörlot azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu pley-off mərhələsinin cavab oyununda “Brügge” (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Borveçli futbolçu səsvermədə Yens Petter Hauqe (“Bodo Qlimt”), Orelyen Tçuameni (“Real”) və Viktor Osimheni (“Qalatasaray”) qabaqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button