“Çelsi”nin sabiq üzvü Bundesliqada klubunu dəyişdi

“Çelsi”nin sabiq futbolçusu Ceffri Bruma Almaniya Bundesliqasında klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Volfsburq”dan “Maynts”a keçib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Bruma mövsümün sonuna qədər icarə əsasında “Maynts”da çıxış edəcək.

2007-2013-cü illər aralığında “Çelsi”nin şərəfini qoruyan Bruma, “Lester”, PSV, “Hamburq”, “Şalke” kimi klubların da formasını geyinib. Müdafiəçi 25 dəfə də Niderland millisində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button