“Çelsi”nin oyunçuları İspaniya nəhənginin hədəfində

“Real” “Çelsi”nin dörd futbolçusu ilə maraqlanır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, Ris Ceyms, Meyson Maunt, Ruben Loftus-Çik və Mateo Kovaçiç “kral klubu”nun hədəfindədir.

“Real”ın prezidenti Florentino Peres adıçəkilən futbolçuların keçidinin rəsmləşməsi üçün şəxsən təşəbbüs göstərir.

Öncədən paytaxt təmsilçisinin yayda hücum xəttini gücləndirmək istədiyi də bildirilirdi.

“Real” hazırda İspaniya La Liqasının turnir cədvəlində 62 xalla ikinci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button