“Çelsi”nin baş məşqçi postuna əsas namizəd odur

Almaniya millisində və “Bayern”də fəaliyyəti ilə tanınan Hans-Diter Flik Premyer Liqa komandasına rəhbərlik edə bilər.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Çelsi”ni çalışdıra bilər. İngiltərə klubunun rəhbərliyi Flikin namizədliyini Maurisio Poçettinoya alternativ hesab edir.

Daha əvvəl “Bayern”in Fliklə maraqlandığı bildirilmişdi, lakin Münhen klubu keçmiş baş məşqçisini geri qaytarmamaq qərarına gəlib.

“Çelsi” İngiltərə Premyer Liqasında yaxşı mövsüm keçirmir. Londonlular 34 oyundan sonra turnir cədvəlində 8-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button