Hakim Ziyeş “Qalatasaray”a keçir

“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş Türkiyə klubuna keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” və “Qalatasaray” 30 yaşlı futbolçunun transferi ilə bağlı prinsipial razılığa gəlib.

Tərəflər son detalları həll etməli və Ziyeş tibbi müayinədən keçməlidir.

Mərakeşli yarımmüdafiəçi 2022/23 mövsümündə Premyer Liqada 18 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button