“Çelsi” uruqvaylı futbolçu üçün böyük təklif hazırlayır

“Çelsi” klubu “Barselona”nın mərkəz müdafiəçisinin transferi üçün böyük təklif hazırlayır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “zadəganlar” komandadan ayrılan Tiaqo Silvanın yerinə Ronald Arauxonu transfer etmək istəyirlər.

Uruqvaylı futbolçu üçün çoxlu təkliflərə baxmayaraq, “Barselona” onu toxunulmaz hesab edir və çətin ki, yay transfer pəncərəsində satsın. 

25 yaşlı futbolçu bu mövsüm La Liqada 24 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button