“Çelsi” italiyalı məşqçiyə 3 illik müqavilə təklif edib

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Çelsi”də işləyə bilər.

Komanda.az “CFCBlue”-yə xəbər verir ki, London klubu 44 yaşlı mütəxəssisə daha bir mövsüm uzatmaq variantı ilə 3 illik müqavilə təklif edib. De Zerbinin təklifi qəbul etdiyi bildirilir.

Mayın 21-də London klubu Maurisio Poçettinonun baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.

“Çelsi” 2023/24 mövsümündə 38 turda 63 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 6-cı yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button