“Burda ən yaxşı oyunumu göstərmək üçün fürsətim var” – Feliks

İspaniyanın “Atletiko” klubunun “Benfika”dan 126 milyon avro müqabilində transfer etdiyi Joao Feliks açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, yeni klubu ilə bağlı bunları deyib:

“Burda ən yaxşı oyunumu göstərmək üçün fürsətim var. “Atletiko”nu uzun müddətdir izləyirəm. La Liqa hər zaman mənim üçün maraq oyandırırdı. Burdakı azarkeşlərin komandanı hər zaman dəstəklədiyini bilirəm. Futbolçular həm meydanda, həm də meydandan kənarda bu münasibətdən çox məmnundular. Ümid edirəm ki, mən də azarkeşlərin marağını və sevgisini qazana bilərəm”.

Yaşının az olması ilə bağlı danışan 19 yaşlı futbolçu, baş məşqçisi Dieqo Simeone ilə bağlı açıqlama verib:

“Yaş bəzi şeylərə təsir etsə də, mən təcrübəli olduğumu düşünürəm. Əsas komandada çıxış etməyin necə bir hiss olduğunu bilirəm. Hər kəs hələ 19 yaşımın olduğunu deyir, amma mən bu vəziyyətin bir problem yaradacağını düşünmürəm.

Simeone inanılmaz bir mütəxəssisdir, bütün komandaya enerji və motivasiya verir. Burda bir çox portuqaliyalı futbolçu ilə birlikdə çalışıb. Ümid edirəm ki, mən çalışdığı bütün futbolçulardan daha yaxşı vəziyyətdə olaram və burda iz buraxaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button