Bundesliqanın yayım hüququ satışa çıxarılır

Almaniya Bundesliqasının televiziya hüquqlarının bir hissəsi satışa çıxarılır.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. DFL (Almaniya Futbol Liqası) ümumilikdə 15-18 milyard avro arasında olan TV hüquqlarının 15 faizini satmaq üçün alıcı axtarır.

Gələn ayın əvvəlində həyata keçiriləcək satışdan təxminən 2,7 milyard avro gəlir əldə olunması proqnozlaşdırılır.

Bundesliqa Avropanın milli çempionatlarının müvafiq siyahısında İngiltərə Premyer Liqasından sonra gəlirlərinə görə ikinci liqadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button