Buffonun DÇ-2022-də azarkeşlik edəcəyi komanda

İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon DÇ-2022-də hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Parma”nın qapıçısı Afrika komandaları tarixində ilk dəfə 1/4 final oynamağı bacaran Kamerun millisi barədə danışıb:

“İtaliyasız turnir maraqsız olacaq. Bu halda kimə azarkeşlik edəcəm? Bu, Kamerun millisidir. Onlara rəğbət bəsləyirəm”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Kamerun millisi İsveçrə, Serbiya və Braziliya ilə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button