Zidan oğlu haqda: “Bura kimisə məmnun etmək üçün gəlməmişəm”

İspaniya La Liqasının son turunda “Hueska”ya 3:2 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis, oyunun çətin keçdiyini deyib:

“Çox əziyyət çəkdik. “Hueska”nı təbrik etməliyik. Çox çətin bir mövsüm keçiririk. Bu qələbəyə ehtiyacımız vardı. Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik və bunu edəcəyik. Motivasiya çatışmazlığımız yoxdur. Ən yaxşı “performans”ımızı ortaya qoymalıyıq”.

Fransalı mütəxəssis, oğlu Luka Zidana bu oyunda şans verməsi ilə bağlı da danışıb:

“Luka üçüncü qapıçıdır. Tibo Kurtua bu oyuna hazır deyildi, Keylor Navasın da istirahət etməsinə icazə verdik. Futbolçunun atası olaraq deyil, komandanın baş məşqçisi olaraq oyununu dəyərləndirəcəm. Xarakterli və komandada oynaya biləcək səviyyədə futbolçudur. Göstərdiyi oyundan məmnunam. Bura kimisə məmnun etmək üçün gəlməmişəm. Lukanı oğlum olduğu üçün deyil, komandanın bir futbolçusu olduğu üçün oynatdım”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button