“Bu oyun bizim üçün çətin sınaq olacaq” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatının 21-ci turunun “Bayer”lə fevralın 10-da keçiriləcək oyunu haqda danışıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, komandasının bu qarşılaşmada yaxşı oyun nümayiş etdirməli olduğunu deyib:

“Son vaxtlar bacardığımız qədər yaxşı oynamırıq, amma rəqiblərimiz əla çıxış edir. Bu oyun bizim üçün çətin sınaq olacaq. Amma biz mübarizə aparmalı, yaxşı oyun nümayiş etdirməli olacağıq və bunu edəcəyik”.

Almaniya çempionatının 20 turundan sonra “Bayern” 50 xal toplayıb və hazırda ikinci pillədə qərarlaşıb. “Bayer” 52 xalla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button