“Bu komandanı izləyəndə, böyük Avropa klubu görürəm” – Ndombele

İngiltərənin “Tottenhem” klubunun yeni transferi Tanquy Ndombele açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, yeni klubu və transferi ilə bağlı danışıb:

“Düşünürəm ki, bu, mənim üçün böyük seçim oldu. Premyer Liqanın ilk 4-lüyündə qərarlaşan komanda və çox yaxşı baş məşqçisi mənə başqa bir səviyyəyə çatmağa kömək edəcək. “Tottenhem” dünyanın ən yaxşı baş məşqçilərindən birinə sahibdir. Bundan başqa, Londona köçmək mənə yeni ölkə, yeni futbol mədəniyyətini tanımağa icazə verir.

“Tottenhem” yaxşı futbolçulardan ibarət gənc komandadır. Bu komandanı izləyəndə, böyük Avropa klubu görürəm. “Tottenhem” növbəti səviyyəyə çatmaq üçün ən yaxşı seçimdir. İşləmək üçün burdayam. Mənim 22 yaşım var və hələ ən yaxşı olduğumu düşünmürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button