“Bu, həqiqətən də xoşagəlməz idi” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının 16-cı turunda “Lill”lə oyun (1:1) haqda danışıb.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, o, komandasının yaxşı çıxış etdiyini, lakin matçın sonunda oyuna nəzarəti itirdiklərini bildirib:

“Bəli, əsəbiləşirəm. Düşünürəm ki, yaxşı komandaya qarşı 80 dəqiqə yaxşı oynadıq. Komanda yaxşı oynadı, lakin matçın sonunda nəzarəti itirdi. Vəziyyətə daha yaxşı nəzarət etmək üçün nəsə cəhd etdik. 80 dəqiqə ərzində bunu etdik və hər şey nəzarət altında idi. Son dəqiqələri yenidən izləməliyəm. Amma bu, həqiqətən də xoşagəlməz idi”.

PSJ 37 xalla Fransa çempionatının turnir cədvəlinə başçılıq etməkdə davam edir. “Lill” isə 28 xalla dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button