“Çempionluq bizim üçün daha da yaxınlaşıb” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 32-ci turu çərçivəsində “Barselona” üzərində qələbədən (3:2) sonra La Liqada mümkün çempionluqdan danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, eyni zamanda komandaya bir az istirahətin gərək olduğunu bildirib:

“Çempionluq bizim üçün daha da yaxınlaşıb. Gəlin eyni ruhda işləməyə davam edək. Bəli, bu gün qələbə çox vacib idi, amma indi bir az dincəlmək lazımdır. Çünki bu həftə bizim üçün çətin, lakin unudulmaz oldu”.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlinə 81 xalla başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button