
Bu gün “Qalatasaray”la “Fənərbaxça” kubokda üz-üzə gələcək
Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.
Komanda.az xəbər verir ki, bu gün yarışın daha iki yarımfinalçısı müəyyənləşəcək.
“Əvvəlcə Trabzonspor” öz meydanında “Bodrumspor”u qəbul edəcək. Digər oyunda isə “Qalatasaray” “Fənərbaxça”nın qonağı olacaq. Super Liqada çempionluq uğrunda da mübarizə aparan komandaların matçı saat 21:45-də başlayacaq.
Ötən gün 2-ci liqa təmsilçisi “İskəndərunspor”u üç cavabsız qolla məğlub edən “Konyaspor” yarımfinala yükəslib.
2 aprel
Türkiyə kuboku
1/4 final
18:45. Trabzonspor – Bodrumspor
21:45. Fənərbaxça – Qalatasaray
3 aprel
21:30. Beşiktaş – Göztəpə
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



