“Napoli”dən darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Sassuolo” Turinin “Torino” komandasını sınağa çəkib. Turin təmsilçisi səfərdə 3 xalı tək qolla qazanıb.

Son çempion “İnter”in rəqibi “Bolonya” olub. Milan təmsilçisi doğma meydanda darmadağına sevinib. “Fiorentina” səfərdə “Cenoa”nı üstələyib. “Atalanta” isə “Salernitana” ilə səfər matçında 3 xalı tək qolla qazanıb.

Lider “Roma” səfərdə “Verona”nın müqavimətini qırmağa çalışıb. Lakin paytaxt təmsilçisi beş qolluq bu görüşdən məğlubiyyətlə ayrılıb. Turun mərkəzi görüşü Turində oynanılıb. Mövsümə uğursuz start verən “Yuventus” bu turda “Milan”ı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qapanış matçında “Napoli” səfərdə “Unideze” ilə qarşılaşıb. Neapol təmsilçisi səfərdə darmadağına sevinib.

İtaliya A Seriyası, 4-cü tur

17 sentyabr

Sassuolo – Torino 0:1
Qol
: Pyaça, 83.

18 sentyabr

Cenoa – Fiorentina 1:2
Qol
: Krişito, 90+8-pen – Saponara, 60. Bonaventura, 89.

İnter – Bolonya 6:1
Qol
: L.Martines, 6. Şkrinyar, 30. Barelya, 34. Vesino, 54. Dzeko, 63; 68. Teat, 86.

Salernitana – Atalanta 0:1
Qol
: Sapata, 75.

19 sentyabr

Empoli – Sampdoriya 0:3
Qol
: Kaputo, 31; 52. Kandreva, 70.

Venetsiya – Spetsiya 1:2
Qol
: Çekkaroni, 59 – Bastoni, 13. Burabiya, 90+4.

Verona – Roma 3:2
Qol
: Barak, 49. Kaprari, 54. Faraoni, 63 – Pelleqrini, 36. İliç, 58-öz qapısına.

Latsio – Kalyari 2:2
Qol
: İmmobile, 45. Kataldi, 83 – J.Pedro, 46. Balde, 62.

Yuventus – Milan 1:1
Qol
: Morata, 4 – Rebiç, 76.

20 sentyabr

Udineze – Napoli 0:4
Qol
: Osimhen, 24. Rahmani, 35. Kulibali, 52. Lozano, 84.

Bombardir: Çiro İmmobile (“Latsio”) – 5 qol.