“Yuventus”la “İnter” qalib gəldi, “Milan” “Napoli”yə uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Latsio” “Krotone”ni, “Atalanta” “Spetsiya”nı snağa çəkib. Hər iki oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü daha üç oyun keçirilib. Beş qolun qeydə alındığı “Sassuolo” – “Verona” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Səfərdə “Benevento” ilə qarşılaşan “Fiorentina” darmadağına sevinib. “Cenoa” – “Udineze” matçında isə qalib müəyyənləşməyib.

Lider “İnter” bu tur çərçivəsində “Torino”nun qonağı olub və qalib gəlib. Çempionlar Liqasında “Portu” səddini keçə bilməyən və turnirlə vidalaşan “Yuventus” çempionatda “Kalyari” səfərinə yollanıb və inamlı qələbə qazanıb.

Turun mərkəzi görüşü Milanda keçirilib. Turnir cədvəlinin ikincisi “Milan” doğma meydanda Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli”nin müqavimətini qırmağa çalışıb. Görüş qonaqların qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 27-ci tur

12 mart

Latsio – Krotone 3:2
Qol
: Milinkoviç-Saviç, 14. L.Alberto, 39. Kaysedo, 84 – Simi, 29; 50-pen.

Atalanta – Spetsiya 3:1
Qol
: Paşaliç, 54; 73. Muriel, 55 – Pikkoli, 82.

13 mart

Sassuolo – Verona 3:2
Qol
: Lokatelli, 4. Dyuriçiç, 51. Traore, 81 – Lazoviç, 43. Dimarko, 79.

Benevento – Fiorentina 1:4
Qol
: İonita, 56 – Vlahoviç, 8; 26; 45+1. Eysserik, 75.

Cenoa – Udineze 1:1
Qol
: Pandev, 8 – De Paul, 30-pen.

14 mart

Bolonya – Sampdoriya 3:1
Qol
: Barrou, 27. Svanberq, 41. Soriano, 70 – Kvalyarella, 37.

Parma – Roma 2:0
Qol
: Mihaila, 9. Hernani, 55-pen.

Torino – İnter 1:2
Qol
: Sanabriya, 70 – Lukaku, 62-pen. L.Martines, 85.

Kalyari – Yuventus 1:3
Qol
: Simeone, 61 – Ronaldo, 10; 25-pen; 32.

Milan – Napoli 0:1
Qol
: Politano, 49.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 20 qol.