“Betis” “Qranada”nı məğlub yola saldı

Futbol üzrə İspaniya La Liqasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Real Sosyedad” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. Lider “Atletiko” burada “Barselona”nın qonağı olub. “Barselona” bu matçda qələbə qazansa və “Real” xal itirsə, liderliyə yüksələcəkdi. Amma bəlkə də çempionluğun taleyini həll edəcək bu oyunda qapılara qol vurulmayıb.

Bazar günü daha dörd görüş baş tutub. “Xetafe” evdə “Eybar”a, “Vilyarreal” isə “Selta”ya uduzub. “Valensiya” “Valyadolid”lə ev oyununda darmadağına sevinib. Turun daha bir prinsipial qarşılaşması Madriddə yerli “Real”la “Sevilya” arasında baş tutub. Dörd qolun qeydə alındığı bu vacib görüşdə də qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə “Betis” “Qranada”nı məğlub yola salıb.

İspaniya La Liqası, 25-ci tur

7 may

Real Sosyedad – Elçe 2:0
Qol
: Elustondo, 72. Oyarzabal, 90+2.

8 may

Alaves – Levante 2:2
Qol
: Pons, 30. Xoselu, 87 – Morales, 36; 42.

Barselona – Atletiko 0:0

Kadis – Hueska 2:1
Qol
: M.Mauro, 43. Silva, 45+2-öz qapısına – Mir, 45+1.

Atletik – Osasuna 2:2
Qol
: Morsilyo, 1. Sanset, 62 – Braşanaç, 12. Budimir, 89.

9 may

Xetafe – Eybar 0:1
Qol
: Resio, 89-pen.

Valensiya – Valyadolid 3:0
Qol
: M.Qomes, 45+1; 48. Korreya, 89.

Vilyarreal – Selta 2:4
Qol
: M.Qomes, 25. Moreno, 87 – Mina, 19; 34. B.Mendes, 45+3. Solari, 57.

Real – Sevilya 2:2
Qol
: Asensio, 67. Hazard, 90+4 – Fernando, 22. Rakitiç, 78.

10 may

Betis – Qranada 2:1
Qol
: B.İqlesias, 39; 87 – Maçis, 66.

Bombardir: Lionel Messi (Barselona) – 28 qol.