“Mançester Siti”dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Açılış matçında lider “Çelsi” çətin “Lester” səfərinə yollanıb və darmadağına sevinib.

Son turlarda uğursuz çıxış edən “Mançester Yunayted” bu turda “Uotford” səfərinə yollanıb. “Qırmızı şeytanlar” bu turda da məğlubiyyətə üzülüblər. Baş məşqçi postuna Stiven Cerrardı gətirən “Aston Villa”nın rəqibi isə “Brayton” olub. Sözügedən komanda doğma meydanda inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. “Liverpul” doğma meydanda “Arsenal”ı böyük hesabla məğlub edib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Mançester Siti” doğma meydanda “Everton”u 3 cavabsız qolla məğlub edib. “Tottenhem” isə “Lids”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası, 12-ci tur

20 noyabr

Lester – Çelsi 0:3
Qol
: Rudiger, 14. Kante, 28. Pulişiç, 71.

Aston Villa – Brayton 2:0
Qol
: Uotkins, 84. Minqs, 89.

Bernli – Kristal Pelas 3:3
Qol
: B.Mi, 19. Vud, 27. Korne, 49 – Benteke, 8; 36. Quehi, 42.

Vulverhempton – Vest Hem 1:0
Qol
: R.Ximenes, 58.

Norviç – Sauthempton 2:1
Qol
: Pukki, 7. Henli, 79 – Adams, 4.

Nyukasl – Brentford 3:3
Qol
: Laskelles, 10. Joelinton, 39. Sent-Maksimin, 75 – Toni, 111. Henri, 31. Laskelles, 61-öz qapısına.

Uotford – Mançester Yunayted 4:1
Qol
: Kinq, 28. Sarr, 44. Pedro, 90+2. Dennis, 90+6 – V.De Beek, 50.

Liverpul – Arsenal 4:0
Qol
: Mane, 39. Jota, 52. Salah, 74. Minamino, 77.

21 noyabr

Mançester Siti – Everton 3:0
Qol
: Sterlinq, 44. Rodri, 55. B.Silva, 86.

Tottenhem – Lids 2:1
Qol
: Hoybyerq, 58. Regilon, 69 – D.Ceyms, 44.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button