“Arsenal” doğma meydanda xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Turun açılış matçında “Uotford” doğma meydanda “Liverpul”u qəbul edib. Qonaqlar bu görüşdə beş cavabsız qola seviniblər.

“Mançester Yunayted” bu turda “Lester Siti” səfərinə yollanıb. Altı qolun qeydə alındığı oyun “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə bitib. “Mançester Siti” “Bernli”ni sınağa çəkib və inamlı qələbəyə sevinib. Lider “Çelsi”nin bu turdakı rəqibi “Brentford” olub. “Zadəganlar” da turu qələbə ilə başa vurublar.

Bazar günü daha iki görüş baş tutub. “Everton” doğma meydanda “Vest Hem”ə minimal hesabla uduzub. Beş qolun qeydə alındığı “Nyukasl” – “Tottenhem” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.

Tura “Arsenal” – “Kristal Pelas” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası, 8-ci tur

16 oktyabr

Uotford – Liverpul 0:5
Qol
: Mane, 8. Firmino, 37; 52; 90+1. Salah, 54.

Aston Villa – Vulverhempton 2:3
Qol
: İnqs, 48. Makqinn, 68 – Sayss, 80. Koadi, 85. Neves, 90+5.

Lester – Mançester Yunayted 4:2
Qol
: Tilemans, 31. Ç.Söyüncü, 78. Vardi, 83. Daka, 90+1 – Qrinvud, 19. Reşford, 82.

Mançester Siti – Bernli 2:0
Qol
: B.Silva, 12. De Bruyne, 70.

Norviç Siti – Brayton 0:0

Sauthempton – Lids 1:0
Qol
: Broya, 53.

Brentford – Çelsi 0:1
Qol
: Çiluell, 45.

17 oktyabr

Everton – Vest Hem 0:1
Qol
: Oqbonna, 74.

Nyukasl – Tottenhem 2:3
Qol
: Uilson, 2. Dayer, 89-öz qapısına – Ndombele, 17. Keyn, 22. Son, 45+4.

18 oktyabr

Arsenal – Kristal Pelas 2:2
Qol
: Obameyanq, 8. Lakazett, 90+5 – Benteke, 50. Eduard, 73.

Bombardir: Ceymi Vardi (Lester), Məhəmməd Salah (Liverpul) – 6 qol.