Turun son oyununda qol olmadı

Bu gün İngiltərə Premyer Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda “Liverpul” doğma azarkeşləri qarşısında “Nyukasl”ı qəbul edib və inamlı qələbəyə sevinib.

Bu turda “Mançester Yunayted” “Lester”lə üz-üzə gəlib və minimal hesabla üstün olub. “Mançester Siti” isə “Norviç”lə qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib.

Mövsümə uğursuz start verən “Çelsi” səfərdə “Vulverhempton”un qonağı olub və darmadağına sevinib. “Tottenhem” də turu böyükhesablı qələbəylə başa vurub.

Bazar günü iki görüş baş tutub. “Everton” səfərdə “Bornmut”a məğlub olub. “Arsenal” isə “Uotford”la oyundan xal itkisi ilə ayrılıb.

Son gündə “Aston Villa” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər.

İngiltərə Premyer Liqası, 5-ci tur

14 sentyabr

Liverpul – Nyukasl 3:1
Qol
: Mane, 28; 40. Salah, 72 – Villems, 7.

Brayton – Bernli 1:1
Qol
: Maupay, 51 – Hendrik, 90+1.

Mançester Yunayted – Lester 1:0
Qol
: Reşford, 8-pen.

Şeffild Yunayted – Sauthempton 0:1
Qol
: Djenepo, 66.

Tottenhem – Kristal Pelas 4:0
Qol
: S.H.Min, 10; 23. Aanholt, 21-öz qapısına. Lamela, 42.

Vulverhempton – Çelsi 2:5
Qol
: Abraham, 69-öz qapısına. Kutrone, 85 – Tomori, 31. Abraham, 34; 41; 55. Mount, 90+6.

Norviç – Mançester Siti 3:2
Qol
: Maklin, 18. Kantuell, 28. Pukki, 50 – Aquero, 45. Rodri, 88.

15 sentyabr

Bornmut – Everton 3:1
Qol
: Uilson, 23; 72. Freyzer, 67 – Levin, 44.

Uotford – Arsenal 2:2
Qol
: Kleverli, 53. Pereyra, 81 – Obameyanq, 21; 32.

16 sentyabr

Aston Villa – Vest Hem 0:0

Bombardir: Serxio Aquero (Mançester Siti), Temmi Abraham (Çelsi) – 7 qol.