PSJ-dən inamlı qələbə

Fransa Liqa 1-də 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Anje” və “Lill” komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Şənbə günü 6 qarşılaşma baş tutub. “Marsel” “Tuluza” ilə ev oyununda minimal hesabla üstün olub. “Renn” – “Brest” və “Dijon” “Nant” oyunlarında qalib müəyyənləşməyib. “Amyen” evdə “Monako”ya, “Mets” “Bordo”ya, “Nitsa” “Nim”ə uduzub.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Monpelye” “Sent-Etyen”i, “Strasburq” isə “Reyms”i məğlub yola salıb.

Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ doğma azarkeşləri qarşısında “Lion”u sınağa çəkib. Altı qolun qeydə alındığı qarşılaşma parislilərin inamlı qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1, 24-cü tur

7 fevral

Anje – Lill 0:2
Qol
: Osimhen, 14. Sançes, 75.

8 fevral

Marsel – Tuluza 1:0
Qol
: Payet, 51.

Amyen – Monako 1:2
Qol
: Jirassi, 9 – Ben Yedder, 85. Slimani, 90+3.

Dijon – Nant 3:3
Qol
: Mavididi, 15; 90. Tavares, 24 – Simon, 20. Alfonse, 34-öz qapısına. Jirotto, 90+2.

Mets – Bordo 1:2
Qol
: Niane, 2 – Basiç, 51. Uden, 84.

Nitsa – Nim 1:2
Qol
: Maurise, 6 – Landre, 43. Filippoto, 53.

Renn – Brest 0:0

9 fevral

Monpelye – Sent-Etyen 1:0
Qol
: Delor, 25.

Strasburq – Reyms 3:0
Qol
: Djiku, 50. Majed, 82. Lala, 90+3.

PSJ – Lion 4:2
Qol
: Di Mariya, 22. Mbappe, 38. Marçal, 47-öz qapısına. Kavani, 79 – Terrye, 52. Dembele, 59.

Bombardir: Vissam Ben Yedder (Monako) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button